🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Buta” körpələr evi–uşaq bağçasının qanuni təmsilçisi dəyişdirildi

Azərbaycan.media xəbər verir ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalıya məxsus “Buta” körpələr evi–uşaq bağçasının qanuni təmsilçisi dəyişdirilib.

Azərbaycan.media-nın İqtisadiyyat.az-a istinadən yaydığı məlumata görə, Nigar Azər qızı Həsənova uşaq bağçasına qanuni təmsilçi təyin olunub. O, bu vəzifədə Günay Ağamalını əvəz edib.

Qeyd edək ki, “Buta” körpələr evi–uşaq bağçası 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hazırda müəssisə passiv vergi ödəyicisi statusuna malikdir.

Uşaq bağçasının hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 999-cu məhəllə, akademik Həsən Əliyev küçəsi, ev 12D olaraq göstərilir.