Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamenti 100 mindən artıq vizanın ləğv edildiyini açıqlayıb.
Departamentin “X” sosial şəbəkəsində yayımlanan məlumatında bildirilib ki, hüquq-mühafizə orqanları ilə əvvəl cinayət fəaliyyəti ilə bağlı təmasda olmuş şəxslərə verilən vizalar da daxil olmaqla ümumilikdə 100 mindən çox viza etibarsız sayılıb. Ləğv edilən vizalar arasında təxminən 8 min tələbə vizası və 2,5 min ixtisaslaşdırılmış viza da var.
Qeyd olunub ki, bu kateqoriyaya aid şəxslərin deportasiya prosesi ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davam etdiriləcək.
