Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb.
Məlumata görə, sabah dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq. Bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsinin 1000 metrədək məhdudlaşacağı ehtimal edilir. Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
