Geyin, sayə gedirik
Hər görüş bir yalandı,
Hər ümid bir ayrılıq…
Düşək bəxt cığırına
Tapammasın ayrılıq..
Sındırıb şüşə qabı
Ah çıxaraq içindən.
Ölmüş günlərimizi
Sağ çıxaraq içındən…
Saçını yu hamarla,
Geyin,sayə gedirik…
Hansı dərdi deyirsən
Toyumuza gətirək…
Bir az da xumarlanaq,
Bu Ayın kölgəsində.
Qoy iki qəlb qızınsın
Vaxtın hənirtisində..
Deyək bu imiş qismət,
Deyək şükür Allaha…
Bu da bir yuxu idi
Nə qaldı ki,sabaha..?!
Mənbə: Azərbaycan.media
