B A L A M
Sevgimə bələdim, eşqimə bükdüm,
Səni gözüm üstə saxladım, balam.
Səhər çörəyimi günorta yedim,
Bəzənib ortaya çıxmadım, balam.
Sən on bir yaşında bildin acı nə,
Böyüklük eylədin qardaş ,bacına.
İllər ağ saldıqca qara saçıma,
Ümüdü mən sənə bağladım ,balam.
Hər nadan daş atdı bir yara kəsdi,
Yaman söz, bağrımı dört para kəsdi.
Sevgimə ömürlük yar qala kəsdi,
Ondan qeyrisinə baxmadım, balam.
Bayramım olmadı bayram ayında,
Qaraldım qədərin qara payında.
Söylə yadındamı, sənin toyunda,
Sevincdən uşaqtək ağladım , balam.
Saza sirdaş oldum, sözə sarıldım,
Alov qarsaladı, közə sarıldım,
Yerim göyüm bildim, sizə sarıldım,
Sən niyə Butanı dağladın, balam?
Mənbə: Azərbaycan.media
