🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

NATO: Rusiyanın “Oreşnik” zərbələri alyansa ünvanlanmış təzyiq siqnalıdır

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Ukraynaya “Oreşnik” raket komplekslərindən endirdiyi zərbələr Kiyevə hərbi dəstəkdən imtina edilməsi məqsədilə NATO-ya göndərilmiş siqnal xarakteri daşıyır.

Bunu NATO-nun baş katibi Mark Rütte bəyan edib. Onun çıxışı Atlantik alyansın rəsmi saytında canlı yayımlanıb.

Mark Rütte bildirib ki, Rusiya alyansı Ukraynaya dəstəkdən çəkindirməyə çalışır.

“Biz bundan imtina etməyəcəyik”, – deyə NATO baş katibi vurğulayıb.

Xatırladaq ki, yanvarın 9-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın strateji əhəmiyyətli obyektlərinə genişmiqyaslı zərbələr endirdiyini, o cümlədən “Oreşnik” raket komplekslərindən istifadə olunduğunu təsdiqləmişdi.