Azərbaycan.media xəbər verir ki, Bakının Qaradağ rayonunda qanunsuz məscid tikintisi faktı aşkarlanıb.
Hadisə Ələt qəsəbəsində baş verib. Məlumata görə, sələfi dini təriqətinə mənsub bir qrup şəxs qeyd edilən yaşayış məntəqəsində məscid tikintisi həyata keçirib.
Müvafiq dövlət orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məscidin qanunsuz tikildiyi və bunun üçün heç bir rəsmi icazə alınmadığı müəyyən edilib.
Məscid tikintisi dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara təqdim olunub.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərilib.
