Azərbaycan.media xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 12-18 yanvar tarixlərində geomaqnit qasırğası ehtimalı barədə məlumat yayıb.
Proqnoza görə, həmin günlərdə C sinif (kiçik) alışmaların baş vermə ehtimalı 65%, M sinif (R1-R2) alışmaların ehtimalı 15%, X sinif (R3) alışmaların ehtimalı isə 1% təşkil edir.
Eyni zamanda, enerjisi 2 MeV-dən yüksək elektron selinin yenidən artacağı, 10 MeV-dən yüksək enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin Tac Dəliyi Axınlarının təsiri ilə normadan yüksək olacağı bildirilir. Geomaqnit sahəsində isə TKA və Tac Dəliyi Axınlarının təsiri ilə orta səviyyəli (G2) qasırğa ehtimalı mövcuddur. Sonrakı dövrdə, 13-16 yanvarda rekurrent Tac Dəliklərinin təsiri ilə geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.
