🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pakistanın şimal-qərbində partlayış: 5 polis həlak oldu, 10 nəfər yaralandı

Azərbaycan.media xəbər verir ki, Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində 5 polis əməkdaşı həyatını itirib, 10 nəfər yaralanıb.

Partlayış uzaqdan idarə olunan bombanın işə salınması nəticəsində baş verib. Qeyd olunur ki, hadisə Xayber-Paxtunxva əyalətinin Tank rayonunda, Qomal Bazar yolu ərazisində zirehli polis maşınının yaxınlığında qeydə alınıb.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi hücumu qətiyyətlə pisləyib. O bildirib ki, Terrorla Mübarizə Departamenti tərəfindən əyalətin Peşəvər, Bannu və Xayber rayonlarında bir sıra terror planlarının qarşısı vaxtında alınıb.