🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident: Azad edilmiş ərazilərdə “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinə başlanacaq

Azərbaycan.media xəbər verir ki, azad edilmiş ərazilərdə daha iki iri su anbarının – “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi nəzərdə tutulur və bu istiqamətdə artıq hazırlıq işləri aparılır.

Bu barədə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışı zamanı məlumat verib.

Dövlətimizin başçısı qeyd edib ki, layihələr üzrə praktiki işlərə bu il ərzində başlanılması planlaşdırılır.