🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Naxçıvanda avtomobil aşıb, sürücü xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Əliqulu Qəmküsar küçəsində qeydə alınıb. “Toyota” markalı avtomobilin idarəetmədən çıxaraq yoldan çıxması nəticəsində nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı sürücü xəsarət alıb. İlkin ehtimallara görə, hadisəyə sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.