🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranda 100-dən çox etirazçı saxlanılıb

Azərbaycan.media xəbər verir ki, İran polisi Luristan əyalətində 100-dən çox etirazçını həbs edib.

 İranın dövlət televiziyası son günlər əyalətin müxtəlif şəhərlərində sabitliyi pozan şəxslərin müəyyən edilərək saxlanıldığını bildirib.

Bundan əvvəl “Tasnim” agentliyi xəbər vermişdi ki, İranın güc strukturları kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunan silahlı qruplaşmaların ən azı 200 rəhbərini həbs edib.