Azərbaycan.media xəbər verir ki, Roma Papası XIV Leo İranda və Suriyada baş verən hadisələr fonunda dialoqun genişləndirilməsinə və Ukraynada sülhün təmin olunması üçün səylərin artırılmasına çağırıb.
APA-nın məlumatına görə, Papa bu barədə Müqəddəs Pyotr meydanına baxan iş otağının pəncərəsindən ənənəvi bazar günü duası zamanı möminlərə müraciət edib.
“Bütün cəmiyyətin rifahı naminə dialoqun və sülhün böyük səbir və dözümlə inkişaf etdirilməsi üçün dua edirəm”, – deyə o bildirib.
Ukraynadakı vəziyyətə toxunan Papa enerji infrastrukturuna edilən kütləvi hücumların sərt qış şəraitində baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, mülki əhali üçün çətinlik və təhlükə deməkdir. XIV Leo zorakılığın dərhal dayandırılması və ədalətli sülhün təmin olunması üçün bütün səylərin göstərilməsinə çağırışını bir daha təkrarlayıb.
