Azərbaycan.media xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trampın Kubanın artıq Venesueladan neft almayacağı barədə açıqlamalarına reaksiya göstərib.
Dias-Kanel “X” sosial şəbəkə hesabında ölkəsinin 66 ildir ABŞ hücumlarına məruz qaldığını və onlara müqavimət göstərməyə hazır olduğunu bildirib.
“Kuba heç bir təhlükə yaratmır. Xalqımız son damla qanına qədər vətənini müdafiə etməyə hazırdır”, – o qeyd edib.
