Azərbaycan.media xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil” neft şirkətinə məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti işğal olunmuş ərazidə Rusiyanın “Buk-M3” zenit-raket sistemini, həmçinin Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Bildirilib ki, dəymiş zərərin həcmi hazırda dəqiqləşdirilir.
Baş Qərargah qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının hərbi-iqtisadi imkanlarını və hücum potensialını sistemli şəkildə zəiflətməkdə davam edir. Zərbələrin Ukraynaya qarşı silahlı təcavüzdə birbaşa iştirak edən hədəflərə endirildiyi vurğulanıb.
