Azərbaycan.media xəbər verir ki, son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində ciddi artım müşahidə olunur.
İTV-nin hazırladığı süjetdə bildirilir ki, bahalaşma xüsusilə mərkəzə yaxın və infrastrukturu inkişaf etmiş ərazilərdə daha çox nəzərə çarpır.
Mütəxəssislər torpaq qiymətlərinin yüksəlməsini əhalinin artması, tikinti sektorunda canlanma, yeni yol və kommunikasiya layihələri, eləcə də investisiya marağının güclənməsi ilə izah edirlər. Qeyd edilir ki, bəzi ərazilərdə qiymətlər son illərlə müqayisədə bir neçə dəfə artıb.
Ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını və bəzi zonalarda artımın davam edə biləcəyini bildirirlər. Bahalaşma əsasən Səbail və Yasamal rayonlarında qeydə alınıb, Qaradağ və Pirallahı rayonlarında isə yüksəlmə zəifdir.
Sakinlər torpaq alışında qiymətlərin süni artırıldığını düşünür, maklerlər isə bildirirlər ki, ən çox qiymət artımı çıxarışı olan ərazilərə aiddir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir. Xəzər dənizinə yaxın torpaqların qiyməti isə bağ evi təyinatlı olduqları üçün mərkəz əraziləri ilə müqayisədə oxşardır.
