Azərbaycan.media xəbər verir ki, “New York Post” qəzeti Venesuela Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşının ifadəsinə istinadən ABŞ dronlarının ölkədəki hərbi mövqelərə hücum etdiyini yazıb.
Qəzetin məlumatına görə, dronlar radar sistemlərini sıradan çıxarıb və əsgərlərin fəaliyyətini məhdudlaşdırıb. Təhlükəsizlik xidməti əməkdaşının sözlərinə görə, “Biz ayıq-sayıq idik, amma birdən bütün radar sistemlərimiz izahsız olaraq söndü. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxlu dronlar oldu. Uçuş anında onlar nəsə naməlum bir şey buraxdılar. Bu, çox güclü səs dalğası kimi idi. Birdən başımın içəridən partladığını hiss etdim, hamımızın burnundan qan axmağa başladı, bəziləri qan qusdu, yerə yıxıldıq, tərpənə bilmədik”.
Məlumatda ABŞ dronlarının atəş mövqelərini və müqavimət mərkəzlərini zərərsizləşdirmək üçün istifadə edildiyi vurğulanır.
