Azərbaycan.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian televiziya vasitəsilə xalqa müraciət edərək, ölkədə davam edən iğtişaşlara qarşı vətəndaşları mövqe nümayiş etdirməyə səsləyib.
Pezeşkian etirazçıları meydanlara çıxmağa və iğtişaşçıların xalqın tələblərini təhrif etməsinə imkan verməməyə çağırıb. Onun sözlərinə görə, İran cəmiyyəti dinc etirazları tanıyır, lakin məscidləri və ictimai binaları yandıran hərəkətləri qəbul etmir.
Prezident həmçinin bildirib ki, hökumət dinc etirazçıların tələblərini dinləməyə və ölkə daxilindəki bütün tərəflərlə görüşməyə hazırdır, lakin baş verən iğtişaşlarda ABŞ və İsrailin rolunun olduğu danılmazdır.
Qeyd edək ki, dekabrın 28-də milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar artıq iki həftədən çoxdur davam edir.
