Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionun Kuba prezidenti təyin edilməsi ideyasını müsbət dəyərləndirib.
Sosial şəbəkə istifadəçilərindən birinin Rubionun gələcəkdə Kuba prezidenti ola biləcəyi ilə bağlı paylaşımına Tramp “Truth Social” hesabında “Əla fikirdir!” şərhini yazıb.
Yanvarın 8-də radio aparıcısı Hyu Hevitə verdiyi müsahibədə Donald Tramp Kubanın hazırda ciddi böhran içində olduğunu və uçurumun kənarında dayandığını bildirib. O, Marko Rubionun Kuba mənşəli olmasını və regionu yaxşı tanımasını xüsusi vurğulayaraq, adadakı mövcud rejimin gələcəyinin sual altında olduğunu qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat nəticəsində Nikolas Maduronun ələ keçirilməsindən sonra senator Rik Skott da daxil olmaqla bir sıra respublikaçılar ABŞ-nin Kuba və Nikaraquada da oxşar “nizam-intizam” yaratmaq niyyətində olduğunu açıqlamışdılar.
