Azərbaycan.media xəbər verir ki, Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.
Bu gün 979 ton “Aİ-92” markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində Biləcəri stansiyasından Ermənistana 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı olmaqla, ümumilikdə 2 698 ton (48 vaqon) yük göndərilib.
Bundan əvvəl isə 2025-ci il dekabrın 18-də Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük olunmuşdu.
