Azərbaycan.media xəbər verir ki, Oğuz rayonunda yük və minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar olub.
Yol-nəqliyyat hadisəsi Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobili KİA markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti ilə bağlı müvafiq tibbi tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
