Azərbaycan.media xəbər verir ki, Xaçmaz rayonunun Qaraqurtlu kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaraqurtlu kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar tərəfindən vurulub.
Ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
