Azərbaycan.media xəbər verir ki, Türkiyənin Şanlıurfa vilayətinin Bozova rayonunda yaşayış evində qaz balonunun partlaması nəticəsində yanğın baş verib.
Yerli mətbuata istinadən yayılan məlumata görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışdan sonra əraziyə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Bildirilir ki, hadisə zamanı ümumilikdə 5 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Digər zəhərlənənlərdən ikisinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Partlayışın başvermə səbəbləri hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
