🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Medvedyevdən Makrona sərt ittiham: “Avropa müharibə yoluna sürüklənir”

Azərbaycan.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Prezidenti Emmanuel Makronu sərt şəkildə tənqid edib.

Medvedyev sosial şəbəkə hesabında paylaşım edərək Avropa liderlərini müharibə istəməkdə ittiham edib və Rusiyanın Ukrayna ərazisində Avropa və ya NATO qoşunlarının yerləşdirilməsini qətiyyən qəbul etməyəcəyini bildirib. Onun sözlərinə görə, bu mövqe dəfələrlə açıqlansa da, Emmanuel Makron bu istiqamətdə açıqlamalarını davam etdirir.

Dmitri Medvedyev paylaşımına Ukrayna ərazisinə “Oreşnik” raketi ilə endirildiyi iddia olunan zərbənin videosunu da əlavə edib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentində təmsil olunan siyasi qüvvələrə beynəlxalq qüvvələrin tərkibində Ukraynaya təxminən 6000 nəfər fransız hərbçisinin yerləşdirilməsini nəzərdə tutan plan təqdim edib.