Azərbaycan.media xəbər verir ki, yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudada zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqi bürosundan bildirilib ki, zəlzələ Pirqulu stansiyasından 9 km cənubda, Şamaxı rayonunda qeydə alınıb. Episentrdə zəlzələ 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə isə 3-4 bala qədər hiss olunub.
Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
