Azərbaycan.media xəbər verir ki, Moskva–İrəvan marşrutu üzrə uçan sərnişin təyyarəsinin göyərtəsində uçuş zamanı yanğın hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə sərnişinlərdən birinə məxsus əl yükünün qəfil alovlanması nəticəsində baş verib. Şahidlərin bildirdiyinə əsasən, bort bələdçiləri operativ reaksiya göstərərək üç ədəd yanğınsöndürən balonun köməyi ilə alovu qısa müddətdə söndürüblər.
İlkin ehtimallara görə, çantanın içərisində olan enerji cihazı alışmaya səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, uçuş marşrutu dəyişdirilməyib.
“FlyOne Armenia” aviaşirkətinə məxsus təyyarə təhlükəsizlik qaydalarına uyğun şəkildə İrəvan hava limanına eniş edib. Hadisə ilə bağlı araşdırma aparılır.
Oxundu: 60
