Azərbaycan.media xəbər verir ki, Goranboy rayonunda dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi baş verib.
Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi, ev 10 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Məlumata görə, mərhum həmin gün Rusiyadan Azərbaycana qayıdıb. Evə çatdıqdan bir müddət sonra hamam otağına daxil olub və burada dəm qazından boğularaq ölüb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
