🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İstanbulda narkotik əməliyyatı: tanınmış şəxslər saxlanıldı

Azərbaycan.media xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən narkotik əməliyyatı zamanı bir neçə tanınmış şəxs saxlanılıb.

 “Haber Global”a istinadən yaydığı məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma daha da dərinləşdirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və fahişəliyə təşviq iddiaları ilə bağlı keçirilən əməliyyat çərçivəsində Ceren Alper, Selen Görgüzel, Ayşe Sağlam və Nilüfer Batur Tokgöz saxlanılanlar arasındadır.

“Cumhuriyet” qəzeti isə saxlanılan şəxslər arasında məşhur aktyor Can Yamanın da olduğunu iddia edib.

Qeyd edək ki, bundan əvvəl də Türkiyədə bir sıra tanınmış şəxslər narkotik maddələrin istifadəsi və satışı ilə bağlı şübhəli bilinərək saxlanılıb, bəziləri barəsində axtarış qərarları verilib. Araşdırmalar davam etdirilir.