🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

35 yaşdan əvvəl siqareti tərgitməyin inanılmaz effekti – həkim açıqladı

Azərbaycan.media xəbər verir ki, 35 yaşından əvvəl siqareti tərgidən şəxslərin orqanizmi zamanla heç vaxt siqaret çəkməmiş insan səviyyəsinə qədər bərpa oluna bilir.

Bu barədə pulmonoloq Larisa Afanasyeva məlumat verib. Onun sözlərinə görə, siqaretin dayandırılmasından cəmi 20 dəqiqə sonra qan təzyiqi normallaşır, ürək fəaliyyəti bərpa olunur, əllərə və ayaqlara qan axını yaxşılaşır.

Həkim bildirib ki, səkkiz saatdan sonra qandakı oksigen səviyyəsi normaya qayıdır, iki gün ərzində isə qoxu və dad hissi nəzərəçarpacaq dərəcədə yaxşılaşır.

Larisa Afanasyeva əlavə edib ki, siqareti tərgitdikdən altı ay sonra fiziki dözümlülük və idman göstəriciləri əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, miokard infarktı və ağciyər xərçəngi riski təxminən iki dəfə azalır.