🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Misraların pıçıltısıyla açılan səhər — Şahnaz Şahin

Uzaq qorxulu deyil

Onsuz da gedəcəksən,
Bilirəm ki,qonaqsan.
Sən qışda çiçəkləyən
Sən baharda solansan.

Mənsə həmişəbahar..
Hər gün günəş doğuram..
Nə qardan çəkinirəm
Nə şaxtadan qorxuram..

Ölüm qorxulu deyil,
Betərdi sevgisizlik…
Kədərdi sevgisizlik
Azardı sevgisizlik..

Bulud varsa yağacaq
Yağış qorxulu deyil.
Ayağın büdrəməsə
Yoxuş qorxulu deyil..

Uzaq da qalmaq olar
Uzaq qorxulu deyil.
Qəlb qəlbə söykəy olsa
Sazaq qorxulu deyil.

Qoşa dağ aşmaq olar
Tək təpə də keçilməz.
Aslan da tək fağırdı
Tək qanadla quş uçmaz.

Deyirdin gedəcəksən..
Dəyişmədimi fikrin?
Qəlbimdə “Al lah” atır,
Dilimdə sənin zikrin..

 

Şahnaz Şahin

Mənbə: Azərbaycan.media