Azərbaycan.media xəbər verir ki, Xalq artisti Məleykə Əsədova qızı ilə bağlı fikirlərini bölüşüb. Aktrisa bildirib ki, övladının seçimlərinə hörmətlə yanaşsa da, onun aktrisa olmasını istəmir.
“Qızımın fikirlərinə hörmət edirəm, amma onun aktrisa olmasını istəmərəm. Aktrisa çox tale oynayır. Mənim canlandırdığım obrazlar ürəyimə təsir edir və bu əziyyəti qızımın yaşamasını istəmirəm”, – deyə Xalq artisti qeyd edib.
Məleykə Əsədova vurğulayıb ki, qızı efirdən uzaq qalmağı seçib və hazırda diplomatiya sahəsində təhsil alır: “Bu il magistraturaya hazırlaşır. Qızımın 20 yaşı var və hələ də sosial şəbəkələrdən uzaqdır”.
Aktrisa sosial media ilə bağlı mövqeyini də açıqlayıb: “Mənim qızım TikTok-dan nə öyrənəcək? Lazım deyil. Qızım mənə aiddir, əvvəldən bunu istəməmişəm. Deyirəm, istəsən ‘Instagram’ aç, amma ‘TikTok’ olmaz. Qızım daha çox kitab oxuyur”.
Azərbaycan.media
