Azərbaycan.media xəbər verir ki, Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən orta məktəblərdən birinin qarşısında qeydə alınıb. Şəhər sakini, 2010-cu il təvəllüdlü N. Məmmədov bel nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Yeniyetməyə dərhal tibbi yardım göstərilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. N. Məmmədovun hansı şəraitdə bıçaq xəsarəti alması hələlik məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
