🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Leyli və Məcnun” ilk dəfə süni intellektlə təqdim olundu – VİDEO

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Azərbaycan operası və bütövlükdə İslam dünyası üçün mühüm yeniliyə imza atıb.

“Leyli və Məcnun” operasının ilk dəfə 1908-ci ilin yanvarında səhnələşdirilməsinin ildönümü və sənətkarın teatr fəaliyyətinin 30 illiyi münasibətilə mədəniyyətimiz üçün unikal layihə həyata keçirilib.

Gülüstan Əliyeva hər iki əlamətdar hadisə münasibətilə “Şərqin səsi” adlı layihəni ictimaiyyətə təqdim edib. Layihə çərçivəsində ilk dəfə olaraq muğamda ağız artikulyasiyası süni intellekt texnologiyası vasitəsilə tətbiq edilib və “Leyli və Məcnun” milli operasında sənətkarın ifa etdiyi partiyalar AI texnologiyası ilə vizuallaşdırılıb.

Əməkdar artist layihənin hazırlanması üçün təxminən 15 müxtəlif süni intellekt alətindən istifadə edib. 30 gün davam edən proses nəticəsində 3600 şəkil və 2 min video hazırlanaraq vahid ekran işinə çevrilib. Bu xüsusiyyətlərinə görə layihə dünya miqyasında nadir AI ekran işlərindən biri hesab olunur.

Layihənin ekran işi rejissor Kənan Əsgərovun rəhbərliyi ilə ərsəyə gəlib. Hazırda ekran işi “Görüş”, “Elçilik” və “Toy” səhnələrini əhatə edir. Milli operanın digər səhnələrinin isə yaxın vaxtlarda təqdim olunması planlaşdırılır.