🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı narkotik ittihamı ilə həbs edilib

Azərbaycan.media xəbər verir ki, tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Elnur Nəbizadə və onunla birlikdə daha iki nəfər saxlanılıb. Onlardan ümumilikdə 15 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Bildirilib ki, iki gün əvvəl tutulan E. Nəbizadə və digər saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatı Elnur Nəbizadənin vəkili Anar Qasımlı da təsdiqləyib. (Mənbə: Qafqazinfo)