🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rza Pəhləvi Trampdan İrana müdaxilə ilə bağlı kömək istəyib

Azərbaycan.media xəbər verir ki, İranın devrilmiş şahının varisi Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək ondan İran xalqına yardım göstərməyi xahiş edib.

Teleqrafın məlumatına görə, Rza Pəhləvi müraciətində vaxt amilinin olduqca vacib olduğunu vurğulayıb: “Zaman çox vacibdir. Sizdən kömək istəyirəm. Siz sübut etdiniz ki, sülhsevər və sözünün arxasında duran bir insansınız. Xahiş edirəm İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun”.

Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp İran şahının oğlu Rza Pəhləvi ilə mümkün görüş məsələsinə də münasibət bildirib. Tramp Pəhləvini izlədiyini və onun yaxşı insan təsiri bağışladığını qeyd edib. Bununla yanaşı, hazırkı mərhələdə prezident kimi onunla görüşməyin məqsədəuyğun olub-olmadığına əmin olmadığını deyib.

ABŞ Prezidenti əlavə edib ki, bu mərhələdə hər kəsə prosesin gedişini izləmək və gələcəkdə kimin önə çıxacağını görmək imkanı verilməlidir.