Azərbaycan.media xəbər verir ki, Qarabağdan Ermənistana köçmüş 4 mindən çox ailə artıq mənzil sertifikatları ilə təmin olunub.
Modern.az-ın məlumatına görə, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan mətbuat konfransında 2025-ci il üzrə görülən işlərin yekunlarını və 2026-cı il üçün planları təqdim edərkən deyib.
Nazirin sözlərinə görə, Qarabağdan köçən şəxslərə sertifikatların verilməsi prosesi 2025-ci il ərzində də davam etdirilib və bu günədək 4040 ailə müvafiq sertifikat alıb.
Arsen Torosyan yaxın vaxtlarda sertifikatların verilmə tempinin daha da sürətlənəcəyinə ümid etdiyini vurğulayıb.
