🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı, Sumqayıt və Abşeronda yanvar pensiyalarının ödəniş tarixi açıqlandı

Azərbaycan.media xəbər verir ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayına aid pensiyaların ödənişi yanvarın 13-də həyata keçiriləcək.

Məlumata görə, bundan sonra qrafikə uyğun şəkildə respublikanın digər bölgələri üzrə cari ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri təmin ediləcək.

Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən müəyyən olunmuş qrafikə əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9–10-da verilirdi.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10 % artırılması planlaşdırılır. Pensiyalardakı artım orta aylıq nominal əməkhaqqının əvvəlki illə müqayisədə yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7 % artaraq 1093 manata çatıb.