🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstan Ermənistanla sərhəddəki yolunu yük maşınlarına bağlayıb

Azərbaycan.media xəbər verir ki, Gürcüstan Yol Departamenti Ermənistanla sərhəd yaxınlığındakı yollardan birini yük maşınları üçün bağlayıb.

Departamentin açıqlamasında bildirilir:
“Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.”

Qərarın səbəbi kimi çətin meteoroloji şərait göstərilib.