🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə güclü fırtına 3 ölüyə səbəb olub

Azərbaycan.media xəbər verir ki, Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına nəticəsində 3 nəfər həyatını itirib.

Türkiyə bürosunun məlumatına görə, İstanbulda 45 ağac aşıb, 89 dam uçub və təhlükə yaradan 214 obyektlə bağlı müraciət daxil olub. Həmçinin 1 tərk edilmiş bina və 1 istinad divarı çöküb. Ümumilikdə 350 müraciət qeydə alınıb.

Fırtına əsasən İstanbul, Bursa, Aksaray və Aydında ciddi fəsadlar yaradıb.