🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2025-ci ildə Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə taxıl və neft məhsulları daşınıb

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistana 6 580 ton taxıl – 1 000 tonu Qazaxıstandan, 5 580 tonu Rusiyadan – və 1 210 ton Azərbaycan benzini daşınıb.

Axar.az-ın məlumatına görə, bu barədə Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

O qeyd edib ki, 8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8 485 ton Rusiya taxılı idxal edilib, əlavə 4 103 ton isə yoldadır. Həmçinin 7 600 ton Azərbaycan neft məhsulları – 6 100 tonu benzin, 1 500 tonu dizel yanacağı – da daşınma mərhələsindədir.

Nazirin sözlərinə görə, benzin və dizel yanacağının qiymətlərinin ötən ayla müqayisədə litr üçün 80 drama (təxminən 36 qəpik) qədər azalması gözlənilir. Bu tendensiyaya cavab olaraq, neft məhsulları ticarəti ilə məşğul olan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün səylərini artırırlar.