🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2025-ci ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Ədliyyə Nazirliyi 2025-ci ildə doğulan uşaqlara ən çox verilən adları açıqlayıb.

Oğlan uşaqları arasında ən populyar ad Uğur olub – bu ad 44 körpəyə verilib. Siyahıda Raul 34, Yusif 24, Hüseyn 23 və Əli 21 dəfə seçilib. Müasir adlara maraq da diqqət çəkir: Miran 20, Tunar 16, Fateh 15 dəfə seçilib. İlk onluğu OnurÖmər tamamlayır – hər biri 14 uşağa qoyulub.

Qız uşaqları arasında isə liderliyi Məryəm qoruyub – 25 körpəyə bu ad verilib. MelisaAylin adları 24 dəfə seçilərək ilk üçlükdə yer alıb. Ardınca Zəhra 23, Fatimə 22 dəfə, ZeynəbNilay 20 dəfə, İnci 18, Əlisa 16, Ayla 14 dəfə qoyulub.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə oğlan uşaqlarına ən çox verilən ad Uğur olub – 1721 körpəyə qoyulub. Sonrakı yerləri Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693) və Murad (677) tutur.

Qız uşaqlarına ən çox Melisa adı verilib (1200). Digər populyar adlar isə Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946) və Fatimə (803) olub.