🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 6,5% artıb

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5% artaraq 859,3 min nəfərə çatıb.

Eyni dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 10,6% artaraq 58,4 min nəfər olub.

Həmçinin qeyd olunur ki, yanvarın 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1% artaraq 232,8 min təşkil edib.