🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lamiyə Ələkbərqızı “Mətbuatın 150 illiyi” yubiley medalı ilə təltif edildi

Azərbaycan.media xəbər verir ki, MTV kanalının Musiqi departamentinin rəhbəri Lamiyə Ələkbərqızı “Mətbuatın 150 illiyi” yubiley medalı ilə təltif olunub.

Lamiyə Ələkbərqızı öz təltifinə münasibət bildirərək saytımıza bu sözləri deyib:
“Bu gün mənim üçün xüsusi gündür! Cənab Prezident İlham Əliyevin fərmanı ilə təsis edilən “Mətbuatın 150 illiyi” yubiley medalı ilə təltif edildim. Bu ali dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mediamızın inkişafında dəyərli töhfə verən Medianın İnkişafı Agentliyinə, hal-hazırda çalışdığım MTV kanalının rəhbərinə və bu işdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Əziz media işçiləri, hər birinizə uğurlar!”

 

Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media