Azərbaycan.media xəbər verir ki, İranda son 12 saat ərzində internetdən istifadə kəskin şəkildə məhdudlaşdırılıb.
Bu barədə “NetBloks” beynəlxalq internet monitorinq xidməti məlumat yayıb. Bildirilir ki, “İranda internet bağlantısı normal səviyyənin təxminən 1%-nə düşüb”.
Qeyd olunur ki, İran rəsmiləri internet məhdudiyyəti barədə hələ rəsmi açıqlama verməyiblər. Xatırladaq ki, ölkənin əksər şəhərlərində iqtisadi vəziyyətlə bağlı kütləvi aksiyalar davam edir.
