Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatda bildirilib ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən “Opel” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb və hadisə zamanı xəsarət alan olmayıb.
Yanğın zamanı yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahələr qorunub.
