🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarına başlanacağını açıqladı

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkokartellərə qarşı mübarizədə ABŞ ordusunun quru əməliyyatları mərhələsinə keçəcəyini bəyan edib.

 Tramp bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb. ABŞ Prezidenti bildirib ki, indiyədək dəniz yolu ilə həyata keçirilən narkotik qaçaqmalçılığının 97 faizinin qarşısı alınıb.

“İndi isə kartellərə qarşı quruda zərbələr endirməyə hazırlaşırıq”, – deyə Donald Tramp vurğulayıb.