Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində yerləşən zavodlardan birində partlayış baş verib.
Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
