Azərbaycan.media xəbər verir ki, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələni beynəlxalq hüquq müstəvisində həll etmək əvəzinə, onu Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Batrıkinin Azərbaycan Baş prokuroru Kamran Əliyevə ünvanladığı və AZAL təyyarəsinin “əlverişsiz hava şəraitinə” görə eniş edə bilmədiyini, başlanmış cinayət işinin isə xətm edildiyini bildirən məktubunu şərh edərkən səsləndirib.
Politoloqun sözlərinə görə, Azərbaycanın mövqeyi ilk gündən birmənalı olub və rəsmi Bakı məsələnin yalnız beynəlxalq hüquq normaları əsasında həllini mümkün sayır. Lakin Rusiya tərəfi bu yanaşmanı qəbul etmir:
