🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukraynada sərt hava şəraiti səbəbindən dərslər onlayn formata keçirilə bilər

Azərbaycan.media xəbər verir ki, Ukraynada ali və orta təhsil müəssisələrində dərslərin onlayn keçirilməsi gündəmə gələ bilər.

Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə ölkənin baş naziri Yuliya Sviridenko açıqlama verib. Onun sözlərinə görə, buna səbəb Ukrayna ərazisində hava şəraitinin kəskin şəkildə pisləşməsidir.

Baş nazir bildirib ki, mövcud vəziyyət nəzərə alınaraq qış tətilinin yanvarın 19-dək uzadılması variantı da istisna edilmir. Qərarın isə hər bir regionda hava şəraitinin necə inkişaf etməsindən asılı olaraq veriləcəyi vurğulanıb.