🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Surqutda minlərlə insanın həyatını xilas etmiş tanınmış həkim qətlə yetirilib

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Surqut şəhərində minlərlə insanın həyatını xilas etmiş tanınmış təcili yardım həkimi Yuri Presnyakov ölü tapılıb.

 64 yaşlı həkimin bıçaq xəsarətləri olan cəsədi Pervoproxodtsev küçəsində şəxsi avtomobilində aşkarlanıb. Hadisə ilə bağlı İstintaq Komitəsi araşdırmaya başlayıb. Hazırda cinayətdə şübhəli bilinən şəxsin kimliyi və motivləri müəyyənləşdirilir.

Jurnalistlərin yazdığına görə, Yuri Presnyakovun 42 illik tibbi təcrübəsi olub və o, uzun illər təcili yardım sahəsində çalışaraq minlərlə insanın həyatını xilas edib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində altı və səkkiz yaşlı iki uşağın cəsədləri zorakı ölüm əlamətləri ilə tapılmışdı. Hadisə ilə bağlı əsas şübhəli onların 33 yaşlı atası hesab olunur. Bildirilir ki, o, cinayəti törətdikdən sonra intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb.